36 baxış
Bu yazını paylaşın
Dünya

Rusiya Prezidenti “Vaqnerçi”lərə verdiyi vədi yerinə yetirəcəyinə söz verib

26 İyun 2023

“İyunun 24-də, hadisələr başlayandan mənim birbaşa göstərişimlə çoxlu qan tökülməsin deyə addımlar atıldı. Bu, o cümlədən səhvə yol vermiş şəxslərə fikirlərini dəyişmək şansı vermək, onların hərəkətlərinin cəmiyyət tərəfindən qətiyyətlə rədd edildiyini bildirmək və Rusiya üçün hansı faciəli, dağıdıcı nəticələrə gətirib çıxaracağını aydınlaşdırmaq üçün idi”.

Telejurnal xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Putin “Vaqnerçi”lərə verdiyi vədi yerinə yetirəcəyinə söz verib. Onun sözlərinə görə, qiyamın təşkilatçıları xarici təhdidlər qarşısında ölkədə parçalanmaya səbəb olan cinayət əməllərinə əl atıblar:

“Biz bilirdik və bilirik ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərinin və komandirlərinin böyük əksəriyyəti həm də vətənini sevənlərdir. Onlar bunu döyüş meydanında göstərdikləri şücaətlə sübut etdilər. Onlardan ölkənin gələcəyi üçün birgə döyüşən silahdaşlarına qarşı istifadə etməyə çalışırdılar”, – deyə prezident bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…