32 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiya ordusu Odessada taxıl terminalını atəşə tutub, 100 ton noxud və 20 ton arpa məhv olub

21 İyul 2023

Rusiya hərbçiləri Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxlanıldığı terminalı gecə saatlarında “Kalibr” raketləri ilə atəşə tutub.

Telejurnal  xəbər verir ki, bu barədə məlumatı Cənub Müdafiə Qüvvələrinin spikeri Nataliya Qumenyuk bildirib.

“Düşmən terroru davam etdirir, bu, şübhəsiz ki, “Taxıl sazişi” ilə bağlıdır. Bu gecə işğalçılar Odessa vilayətində kənd təsərrüfatı müəssisəsini vurublar”, – o deyib.

Məlumata görə, işğalçılar 100 ton noxud və 20 ton arpa məhv ediblər. Partlayış nəticəsində iki nəfər yaralanıb. Onlara bütün lazımi tibbi yardım göstərilib. Onun sözlərinə görə, raketlər Ukraynanın dövlət sərhədinə maksimum yaxınlaşmaqla çox aşağı hündürlükdə uçublar. Belə şəraitdə də raketlərin aşkarlanması çətindir.

Qeyd edək ki, ruslar üçüncü gecədir ki, Odessa vilayətinə hücuma keçiblər. Raket və kamikadze dronlardan istifadə edərək, limanlar, dayaqlar və ticarət şəbəkələrini hədəfə alıblar. Düşmənin hücumu nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Hücum zamanı Çin Konsulluğunun binasına da ziyan dəyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…