29 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə azad olunur

12 Aprel 2022

Ukraynada Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə Hüseyn Abdullayev azad olunur.

Bu barədə “TELEJURNAL” Report-a istinadən xəbər verir ki, Muğan bürosuna onun atası Amil Abdullayev məlumat verib.

O bildirib ki, Hüseyni Azərbaycanın diaspor nümayəndələrinə təhvil vermələri barədə Rusiya hərbçiləri ilə razılıq əldə olunub:

“Hazırda oğlumun təhvil verilməsi ilə bağlı hazırlıqlara başlanılıb. Oğlum girov saxlanıldığı ərazidən çıxarılaraq 130 kilometrlik məsafədə yerləşən Zaporojye şəhərində Azərbaycan diaspor nümayəndələrinə təhvil veriləcək”.

Qeyd edək ki, Neftçala rayon sakini H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…