29 baxış
Bu yazını paylaşın
Dünya

Rusiya gəmilərinin Rumıniya limanlarına girişi qadağan edilib

16 Aprel 2022

Rumıniya hakimiyyəti aprelin 17-dən etibarən Rusiya bayrağı altında üzən gəmilərin ölkədəki limanlara girişini qadağan edib.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dəniz Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“2022-ci il aprelin 17-si yerli vaxtla saat 00:00-dan etibarən Rusiya bayrağı altında üzən, o cümlədən 2022-ci il fevralın 24-dən sonra bayrağını və ya qeydiyyatını digər ölkələrə dəyişən Rusiya gəmilərinin Rumıniya limanlarına daxil olması qadağandır”, – deyə məlumatda bildirilir.
Gəminin yardıma ehtiyacı olduğu və sığınacaq yeri axtardığı, həmçinin təhlükəsizlik səbəbi ilə və ya insanların həyatını xilas etmək məqsədilə limana təcili yanaşmağa ehtiyac duyduğu hallar buna aid deyil.
Bundan başqa, məhdudiyyətlər Avropa İttifaqına qaz, neft və neft məhsulları, titan, alüminium, mis, nikel, palladium, dəmir filizi və bəzi kimyəvi məhsullar, həmçinin sanksiyalar altına düşməyən əczaçılıq, ərzaq, kənd təsərrüfatı məhsulları, gübrələr və nüvə yanacağı, atom elektrik stansiyaları üçün avadanlıq, kömür və digər qazıntı yanacağı daşıyan gəmilərə də şamil edilməyəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…