19 baxış
Bu yazını paylaşın
Dünya

Rusiya FTX Ermənistanın Türkiyə hərbçiləri barədə dezinformasiyasını təkzib edib

22 İyul 2022

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsi və Milli Təhlükəsizlik Xidməti Türkiyə hərbçilərinin guya Ermənistanın Araqatsavan kəndi istiqamətində dövlət sərhədini keçməsi və bu ölkənin sakinlərinə qarşı hər hansı qanunsuz hərəkətlər etməsi ilə bağlı Ermənistan mətbuatında yayılan dezinformasiyaları təkzib ediblər.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bu barədə Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Yayılan məlumatlar həqiqətə uyğun deyil. Hazırda dövlət sərhədinin mühafizəsi xidməti gündəlik həyata keçirilir”, – mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Ermənistanda sosial şəbəkələrdə Türkiyə əsgərlərinin guya erməni çobanları əsir götürməsi, onların Rusiya tərəfinin köməyi ilə geri qaytarılması barədə yalan məlumatlar yayılıb. Dezinformasiya sonradan Ermənistanın yalan tirajlayan bir sıra tanınmış xəbər agentliklərində, saytlarında da dərc edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…