40 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiya Dövlət Dumasının sədri: “Fransa vətəndaş müharibəsi astanasındadır”

05 İyul 2023

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Prezident Emmanuel Makronu Fransadakı qeyri-sabitliyin səbəbkarı adlandırıb.

Telejurnal  xəbər verir ki, o, teleqram kanalında dövlət başçısının hərəkətlərinin Fransanın məhvinə gətirib çıxardığını və ölkənin vətəndaş müharibəsi astanasında olduğunu yazıb.

Volodin paylaşımında Fransada təxminən bir həftədir davam edən küçə etirazlarına diqqət çəkib: “Fransada belə qeyri-sabitliyin səbəbi nədir? Cavab hazırkı Prezident Makronun siyasətindədir. Dövlət başçısı siyasi monopoliyaya can ataraq son illərdə ənənəvi şəkildə dövlətin həyatında mühüm rol oynayan həmkarlar ittifaqlarının rolunu azaldıb. Partiya sistemini ardıcıl olaraq zəiflədib. Bütün bunlar da problemlərin parlament divarları arasında deyil, küçədə müzakirə olunmasına gətirib çıxarıb”.

Spikerin fikrincə, Fransada vəziyyət zaman keçdikcə daha da pisləşəcək: “Çünki ölkənin siyasi sistemi çağırışlara qarşı dayanıqsız olub. Makron öz hərəkətləri ilə bir zamanlar güclü və sabit olan dövlətin özünü məhvetmə proseslərinə başlamasına gətirib çıxarıb”.

Volodin həmçinin bildirib ki, Emmanuel Makron daxili siyasətdə səhvlərə yol verərək beynəlxalq vəziyyətlə Fransa vətəndaşlarının diqqətini yayındırmağa çalışır: “O, Fransanı Ukraynadakı müharibəyə sürükləyib. Makrona olan inam azalır. Reytinqlər ən aşağı səviyyəyə düşüb. Əgər prezident seçkiləri indi keçirilsəydi, sağların nümayəndəsi Marin Le Pen seçkilərdə qalib gələrdi”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…