26 baxış
Bu yazını paylaşın
Dünya

Rusiya Belarusu öz ərazisi kimi müdafiə edəcək – Lukaşenko

10 Aprel 2023

Minsk və Moskva respublikaya təcavüz olarsa, Rusiya Federasiyası Belarusu öz ərazisi kimi qoruyacağı barədə danışırlar.

TELEJURNAL xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bazar ertəsi Minskdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

“Ümumiyyətlə, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda belə fikir səsləndi ki, Belarusa təcavüz olarsa, Rusiya Federasiyası Belarusu öz ərazisi kimi qoruyacaq. Bu, bizə lazım olan təhlükəsizlik zəmanət növüdür. Bizə qardaş Rusiyadan tam təhlükəsizlik zəmanəti lazımdır və Kremil bu zəmənəti verir”, – deyə Lukaşenkonun çıxışından Belarusun rəsmi xəbər agentliyi olan “BELTA” sitat gətirib.

Belarus rəhbərinin sözlərinə görə, Putin danışıqlarda vurğulayıb ki, bu kontekstdə Belarus və Rusiya arasında bütün müqavilə və sazişlərə yenidən baxmaq lazımdır. “Öyrəmmək lazımdır ki, Belarusun tam təhlükəsizliyi üçün indi dövlətlərarası xarakterli hansı normativ hüquqi akt qəbul edilməlidir”, – deyə prezident qeyd edib.

Lukaşenka Qərb ölkələrinin Budapeşt memorandumu çərçivəsində nüvə silahlarının geri çəkilməsi müqabilində verilən təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmaları yerinə yetirmədiyini bildirib. O qeyd edib ki, müttəfiq Qərb dövlətləri faktiki olaraq iqtisadi təhlükəsizliyin də nəzərdə tutulduğu razılaşma ayaqlar altına atılaraq tapdalayırlar: “Yaxşı, onlar bizə, Rusiyaya qarşı sanksiyalar tətbiq edirlərsə, burada hanı iqtisadi təhlükəsizlikdən söhbət gedə bilər. Ona görə də mən Rusiya prezidenti ilə danışıqlarda bu məsələni qaldırdım. O, hər cəhətdən tam dəstək olacağını bildirib” – Belarus lideri qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…