153 baxış
Bu yazını paylaşın
Siyasi

Rusiya Azərbaycana ŞƏT-də müşahidəçi statusunun verilməsini dəstəkləyir

30 Mart 2022

“Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi statusunda qəbul olunmasını dəstəkləyir”.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

“Həm Azərbaycanın, həm də Rusiyanın ŞƏT-də iştirakı iqtisadi-ticarət və mədəni sahələrdə ikitərəfli əməkdaşlığı daha da gücləndirmək üçün zəmin yaradacaq”,- o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ŞƏT-ə qoşulması beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması ilə həmahəng olardı.

Xatırladaq ki, 2001-ci ildə təsis edilmiş Şanxay Əməkdaşlıq Təşkilatında Çin, Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan təmsil olunur. Həmçinin Belarus, Əfqanıstan, İran, Monqolustan təşkilatda müşahidəçi statusuna, Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Şri-Lanka, Türkiyə isə dialoq tərəfdaşı statusuna malikdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…