152 baxış
Bu yazını paylaşın
Müsahibə

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzanılmasında maraqlı olmayan dövlət kimi özünü bir neçə dəfə sübut edib-Elçin Abdullayev

29 İyun 2023

ABŞ-da Azərbaycan, Ermənistan xarici işlər nazirləri və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş baş tutub. Politoloq Elçin Abdullayev “Telejurnal”a keçirilən üç tərəfli görüşü şərh edib.

ABŞ-da keçirilən görüş digər dövlətlərdə keçirlən görüşlərdən fərqli olaraq sanki marofon xarakterini daşıyır. Bir müddət öncə də Entoni Blinkenin və xarici işlər nazirlərinin iştirak etdiyi 7 günlük görüş keçirildi və bu görüşdən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına bir adımın atılması üçün önəmli fikirlər səsləndirildi.

Düşünmürəm ki, bu görüşdə ciddi saziş imzalanacaq, bunun da səbəbləri var. Bu gün Qarabağ konfliktinin, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasında maraqlı olan dövlətlər var. Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olan dövlətlər olsa da, sülh müqaviləsinin bağlanılmasında maraqlı olmayan dövlətlər də var. Biz xronologiyaya baxanda hansı dövlətlərin Azərbaycan-Ermənistan münasibətinin yaxşılaşdırılmasında maraqlı, hansı dövlətlərin maraqsız olduğunu görə bilərik.

Xronologiyaya baxanda məlum olur ki, nə zaman istər dövlət başçıları,istərsə də xarici işlər nazirləri arasında görüş keçirilirsə ya həmin gün , ya da səhəri Qarabağda hər hansısa təxribatlar törədilir. Həmin təxribatından biri də 27 iyun 2023- ci ildə oldu. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən separatçı qüvvələr tərəfindən Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu, təxribat nəticəsində bir hərbi qulluqçumuz yaralandı. Azərbaycan ordusu adekvat cavab verdi və separatçılardan 5 nəfər məhv edildi. Biz hadisələri izləyəndə görürük ki, separatçı qüvvələr qalib Azərbaycan ordusuna güllə atacaq cəsarətdə deyillər. Biz bunu bilirik və bu hər kəsə aydındır. Separatçılara ilham verən qüvvə var. Düşünürəm ki, bu separatçılara ilham Rusiya tərəfindən verilir, çünki Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzanılmasında maraqlı olmayan dövlət kimi özünü bir neçə dəfə sübut edib. Bunun da özünə məxsus səbəbləri var. Rusiyaya aydındır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, Rusiya Qarabağdan çıxmalıdır və bu da Ermənistanda anti-rusiya əhval-ruhiyyəsini yüksəldə bilər. Ümumiyyətlə, bu hadisələr Rusiyanın bütövlükdə Qafqazdan çıxması deməkdir. Xüsusən də, sülh sazişi məhz qərb dövlətlərinin vasitəçiliyi ilə imzalanarsa, o zaman Rusiyanın imici tamamilə darmadağın olmuş olacaq, bu səbəbdən də Rusiya sülh müqaviləsinin imzanılmasını istəmir, amma Rusiya nə qədər mane olmağa çalışsa da, buna nail ola bilməyəcək, çünki Rusiya özü ciddi problemlərlə üz-üzədir. Ukrayna müharibəsi, həmçinin Rusiyanın daxilində baş verən hadisələr Rusiyanı silkələdi. Hesab edirəm ki, bu görüşün sonunda ciddi saziş imzalanmasa da, prosesləri gələcəyə aparmaq və sülh müqaviləsinə yaxınlaşamaq baxımından razılıq əldə ediləcək və bu da hal-hazırda vacib məqamlardandır. Danışıqlar prosesi nə qədər intensivləşərsə, sülh sazişinə daha tez nail olmuş olarıq.

Asiman Hafizqızı 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…