28 baxış
Bu yazını paylaşın
İctimai

Rövşən Rzayev: “Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir”

02 İyun 2023

“Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir”.

Telejurnal.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

O söyləyib ki, ölkə rəhbərliyi tərəfindən bununla bağlı tapşırıq verilən kimi dərhal icra olunacaq.

Laçının Sus və Zabux kəndlərində aparılan tikinti-yenidənqurma işlərindən danışan R.Rzayev vurğulayıb ki, hazırda işlər sürətlə davam etdirilir: “Həmin kəndlərə qayıdışla bağlı tapşırıqların avqust ayında icra olunması planlaşdırılır”.

Qeyd edək ki, birinci mərhələdə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…