403 baxış
Bu yazını paylaşın
İqtisadi

Roman Qolovçenko: Azərbaycanda infrastrukturun bərpasında Belarus təşkilatlarının iştirakını fəallaşdırmaq lazımdır

09 Dekabr 2021

Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyevlə görüşüb.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki,  BELTA agentliyinə istinadla xəbər verir ki, görüşdə tikinti, şəhər planlaşdırması, sənaye kooperasiyası və kənd təsərrüfatı sahələrində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Roman Qolovçenko deyib: “Siz artıq bir sıra görüşlər keçirmişiniz, danışıqlar aparmışınız. Fikrimcə, Belarusun sənaye və kənd təsərrüfatı potensialını şəxsən qiymətləndirmək, Belarus-Azərbaycan qarşılıqlı əlaqələrinin birinci növbədə genişləndirilməli istiqamətlərini müəyyən etmək imkanınız olub. Sizin diplomat kimi işiniz üçün çox geniş meydan var. Ümidvaram ki, bizim ölkəmizdə işiniz uğurlu olacaq, ölkələrimizin ticari-iqtisadi əməkdaşlığını inkişaf etdirməyə təkan verəcək. Koronavirus pandemiyasına və dünya iqtisadiyyatında böhran hallarına baxmayaraq bizim göstəricilərimiz pis deyil. Biz 2020-ci ildə əmtəə dövriyyəsini artırmağa nail olmuşuq, cari ilin 10 ayı ərzində isə, ümumi səylərimizlə 20 faiz artımı təmin etmişik”.

Baş nazir qeyd edib ki, Belarus və Azərbaycan istehsal kooperasiya layihələri həyata keçirirlər. Azərbaycana Belarus traktorları tədarükü artır. O deyib: “Biz tikinti və şəhər planlaşdırması üzrə bir sıra istiqamətlər hazırlayırıq. Azərbaycan şəhərlərinin inkişaf planlarının formalaşdırılması üçün bizim layihə institutları arasında konkret sənədlər var. Ümid edirəm ki, lap yaxın vaxtlarda hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Fikrimcə, biz Azərbaycanda infrastrukturun bərpasında Belarus təşkilatlarının iştirakı prosesini intensivləşdirməliyik.

Zənnimcə, xüsusən Belarusa qarşı sanksiyalar tətbiq etmiş ölkələrdən bir sıra qida məhsullarının idxalına qadağa qoyduğumuz indiki şəraitdə Azərbaycan tərəfin ölkəmizə meyvə-tərəvəz məhsulları tədarükünü artırmaq üçün yaxşı potensialı var”.

Baş nazir sonda deyib: “Biz beynəlxalq məkanlarda və ikitərəfli münasibətlərdə həmişə Azərbaycanın dəstəyini hiss edirik. Buna görə Azərbaycana təşəkkür edirik”.

https://azertag.az/xeber/Roman_Qolovchenko_Azerbaycanda_infrastrukturun_berpasinda_Belarus_teskilatlarinin_istirakini_feallasdirmaq_lazimdir-1947130

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…