33 baxış
Bu yazını paylaşın
Siyasi

Roma Papası Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

05 İyun 2023

Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

”Telejurnal.az”  xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ölkənizlə bağlı əmin-amanlıq və firavanlıq arzularımı, həmçinin atanız, Zati-aliləri cənab Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi çatdırıram.

Azərbaycanın inkişafı, Müqəddəs Taxt-Tac ilə diplomatik münasibətlərin qurulması istiqamətində dahi Heydər Əliyevin səyləri daim minnətdarlıq hissi ilə xatırlanacaq. Uca Tanrıdan diləyirəm ki, Azərbaycana və onun xalqına bundan sonra da tərəqqi, rifah, cansağlığı və əmin-amanlıq nəsib etsin.

Möhtərəm Prezident, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, bütün həmvətənlərinizə Allahdan ruzi-bərəkət diləyirəm”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…