41 baxış
Bu yazını paylaşın
Siyasi

RF XİN rəhbəri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanmasında prioritet vəzifələri göstərib

21 Yanvar 2022

Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 2021-ci il 26 noyabr tarixli bəyanatlarında təsbit olunmuş üçtərəfli razılaşmaların tam həcmdə həyata keçirilməsinin zəruriliyini əsas götürür.
“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib. 2021-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair mətbuat konfransı ilə əlaqədar KİV nümayəndələrinin suallarına RF XİN başçısının cavabları nazirliyin saytında dərc edilib.
S.Lavrov deyib: “Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq, regionda nəqliyyat kommunikasiyalarını və iqtisadi əlaqələri bərpa etməkdir. Bu istiqamətlərdə tərəqqiyə nail olmaq Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması işində əhəmiyyətli dərəcədə irəliləməyə imkan verəcək”.
Nazir daha sonra bildirib ki, bu il MDB üzvü olan dövlətlərin əksəriyyəti ilə, o cümlədən Azərbaycanla Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi qeyd ediləcəkr.
Diplomat daha sonra deyib: “Biz bu ölkələrin hər biri ilə silsilə yubiley tədbirləri hazırlayırıq. Bəzi tədbirlərin mədəni-maarif xarakteri daşıyacağını nəzərə alaraq, bunu əsas götürürük ki, həmin tədbirlər ictimaiyyət üçün də maraqlı olacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…