21 baxış
Bu yazını paylaşın
Dünya

RF Mərkəzi Bankının sədri: Rusiyada dollara və avroya qadağa qoyulmayacaq

16 İyun 2022

Bakı, 16 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkədə dollar və avronun dövriyyəsinə qadağa qoyulmayacağını deyib.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Elvira Nabiullina bunu Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyada dollar və ya avroya qadağa qoyulmasının mümkünlüyü barədə suala cavab verərkən bildirib. Rusiya Mərkəzi Bankının sədri, eyni zamanda, vətəndaşların xarici valyutada olan əmanətlərinin müsadirə edilməyəcəyini deyib.

Onun sözlərinə görə, Rusiyanın həm maliyyə sistemində, həm də bütövlükdə iqtisadiyyatda uzun illərdir dollarsızlaşdırma siyasəti aparılır. Lakin Rusiya Mərkəzi Bankının ehtiyatlarında olan dollardan tam imtina etmək niyyəti yoxdur.

“Dollar və avroya hələ də tələbat var, müəyyən idxal əməliyyatları bu valyutalar vasitəsi ilə aparılır. Lakin xarici ticarətdə tədricən milli valyuta ilə hesablaşmalara keçid ediləcək”, – deyə Rusiya Mərkəzi Bankının sədri vurğulayıb.

Qeyd edək ki, bir sıra Qərb ölkələri tərəfindən Moskvaya qarşı tətbiq olunan sanksiyalardan sonra RF Mərkəzi Bankı ölkədə nağd valyutanın dövriyyəsini məhdudlaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…