55 baxış
Bu yazını paylaşın
Dünya

“Reuters”: “Eta” tropik fırtınası azı 5 nəfərin ölümünə səbəb olub

05 Noyabr 2020
“Reuters”: “Eta” tropik fırtınası azı 5 nəfərin ölümünə səbəb olub

Çərşənbə günü tropik depressiya səviyyəsinə qədər zəifləyən tropik “Eta” fırtınası səbəbindən Mərkəzi Amerikada azı nəfər ölüb.

“Reuters”: “Eta” tropik fırtınası azı 5 nəfərin ölümünə səbəb olub

Bu barədə Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, təbii fəlakət səbəbindən hazırda Atlantik okeanında olan onlarla dənizçi çətin vəziyyətdə qalıb. Fırtınanın “zərbə vurduğu” Nikaraqua və Hondurasda evlərin, yolların və körpülərin ziyan gördüyü bildirilib.

ABŞ-ın Qasırğaları İzləmə Milli Mərkəzinin məlumatına görə, atmosfer fenomeni daxilində küləyin sürəti 15,2 metr/saniyəyə enib. “Eta”nın episentri Hondurasın La Seyba şəhərindən 185 km cənub-şərqdə yerləşir. Fırtına 11 km/saat sürətlə şimal-qərb istiqamətində irəliləməyə davam edir. Meteoroloqların təxminlərinə görə, o, Mərkəzi Amerikanın müxtəlif yerlərinə güclü yağış və sel gətirəcək.

Noyabrın 4-də Kosta Rikanın Milli Fövqəladə Hallar Komissiyası tropik fırtına səbəbindən ölkədə 773 nəfərin evakuasiya olunduğunu elan edib. Komissiyanın məlumatına görə, “Eta” ölkənin infrastrukturuna ciddi ziyan vuran və müxtəlif yaşayış məntəqələrində yolları zədələyən və ya dağıdan 69 sürüşməyə səbəb olan şiddətli leysan yağışları “gətirib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…