27 baxış
Bu yazını paylaşın
Dünya

Reuters: Çin ABŞ infrastrukturuna kiberhücumlar ehtimalını inkişaf etdirir

13 İyun 2023

Çin kibermütəxəssislərin münaqişə vəziyyətində ABŞ-ın kritik infrastrukturuna hücum etmək qabiliyyətinə sərmayə qoyur.

Telejurnal  “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin direktoru Cen İsterli bildirib.

Onun sözlərinə görə, hakerlər su təchizatı, dəmir yolu rabitəsi kimi sahələrə hücum edə bilərlər.

“Düşünürəm ki, bu, hazır olmalı olduğumuz real təhlükədir, diqqətimizi cəmləməli və ona qarşı dayanıqlılıq yaratmalıyıq. Amerikalılar çinli hakerlərin onların müdafiəsini keçə və infrastruktura zərər verə biləcəyi ehtimalına hazır olmalıdırlar. Çin dövlət xadimlərindən gələn təhlükənin geniş xarakterini, imkanlarının ölçüsünü nəzərə alsaq, bunun üçün nə qədər resurs və səy göstərdiklərini nəzərə alsaq, pozulmaların qarşısını almaq bizim üçün çox çətin olacaq”.

ABŞ və Çin arasında münasibətlər kritik dərəcədə aşağı səviyyədədir. ABŞ-ın Tayvanı müdafiə etmək niyyətini elan etməsindən və Çinin Amerika ərazisi üzərində kəşfiyyat balonları buraxmasından sonra ölkələr arasında gərginlik artmaqda davam edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…