46 baxış
Bu yazını paylaşın
İqtisadi

Respublikanın avtomobil yollarının vəziyyəti haqqında məlumat açıqlanıb

14 Yanvar 2022

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanvarın 14-nə hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.
“TELEJURNAL” AZƏRTAC-a verilən məlumata istinadən xəbər verir ki, “Zəfər” yolunda Xocavənd (Tuğ kəndi) – Şuşa şəhərinə qədər güclü qar yağır, qarın qalınlığı 5-10 santimetr təşkil edir, 3-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun Murovdağdan keçən hissəsinə güclü qar yağır, şaxta 12-20 dərəcə təşkil edir. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda – Siyəzən və Şabran rayonları ərazisində sulu qar, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. Xınalıq yolunda zəif qar yağır, 10-11 dərəcə şaxta var. Hazırda yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin edilib.
Giləzi-Xızı ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan yolunun Abşeron və Qobustan rayonları ərazisinə düşən hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Abşeron və Qobustan rayonları ərazisində 4-5 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı yolunda güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilir.
Muğanlı-Ağsu-Yevlax yolunun Muğanlı-Ağsu hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı-İsmayıllı yolunda güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunun İsmayıllı və Qəbələ rayonları ərazisinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Oğuz və Şəki rayonları ərazisində yağıntı yoxdur.
Şəki-Qax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax-Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Yevlax-Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.
Şəmkir-Gədəbəy yolunda səhər saatlarında 5-6 santimetr qar yağıb, hazırda yağıntı yoxdur. Yol qardan təmizlənib, qum-duz səpilib. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən-Xoşbulaq-Daşkəsən rayonu ərazisinə güclü qar yağır, 8-9 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunda marşrut boyu yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Masallı–Yardımlı-Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində isə güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran–Lerik-Lənkəran rayonu ərazisində yağış, Lerik rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı-Ələt-Hacıqabul yolunun Bakı-Hacıqabul hissəsinə qar yağır. Nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Hacıqabul-Ucar-Yevlax yolunda yağıntı yoxdur, hava küləklidir, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax-Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, hava küləklidir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.
Hacıqabul–Bəhramtəpə–Horadiz yolunda yağıntı yoxdur, hava tutqundur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…