70 baxış
Bu yazını paylaşın
İctimai

Respublika Gənclər Kitabxanasında Ümummilli Liderin xatirəsi anılıb

11 May 2022

Bu gün müstəqil Azərbaycan Respublikasının qurucusu, görkəmli dövlət xadimi, dahi siyasətçi, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu münasibətlə Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə UNEC Tələbə Elmi Cəmiyyəti və “GUYS” İctimai Birliyi ilə birlikdə “Heydər Əliyev – Azərbaycan iqtisadiyyatı və mədəniyyəti” mövzusunda dəyirmi masa, eləcə də “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi təşkil edilib.

“TELEJURNAL” AZƏRTAC istinadən xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov öz uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətin onun fəaliyyətində aparıcı istiqamət olmasından danışıb.
Daha sonra dəyirmi masada Ulu Öndərin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya siyasi arenasına daxil olması və dövlətimizin dünya miqyasında tanınması, həmçinin Azərbaycanın bugünkü uğurlu, məqsədyönlü siyasətinin təməlinin məhz o illərdən başlanması müzakirə olunub. Dövlət gənclər siyasətinin Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olması, eləcə də Azərbaycan siyasəti, iqtisadiyyatı və mədəniyyəti sahələrinin inkişafında Ulu Öndərin müstəsna rolundan danışılıb.
Respublika Gənclər kitabxanası ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş Azərbaycan, ingilis və rus dillərində dərin məzmunlu, geniş, maraqlı və məlumatlandırıcı videoçarxlar və virtual sərgi hazırlayıb. Hazırlanan materiallar dünya şöhrətli siyasətçi Heydər Əliyevin uşaqlıq, gənclik illərindən, siyasət və hakimiyyət arenasına gəlişindən, eləcə də müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən bəhs edir. Videoçarxlarda ümummilli liderin səs yazıları, foto və video görüntüləri, haqqında yazılan kitablar da yer alıb.
Tədbirin sonunda UNEC Tələbə Elmi Cəmiyyəti və “GUYS” Gənclər təşkilatı tərəfindən elan edilən esse müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…