16 baxış
Bu yazını paylaşın
Siyasi

Respondentlərin 88,1 faizi Prezident İlham Əliyevə, 78,9 faizi isə Birinci vitse-prezident Mehriban Əliyevaya tam etibar edir

16 İyun 2022

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanda respondentlərin 88,1 faizi Prezident İlham Əliyevə tam etibar edir, 10,2 faizi isə əsasən etibar edir.

 Sosial Tədqiqatlar Mərkəzinin (STM) dövlətimizin başçısının bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.

Mərkəzin məlumatında qeyd olunur ki, sorğudan məqsəd Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Sorğu zamanı respondentlərin Birinci vitse-prezident Mehriban Əliyevaya inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən, sorğu iştirakçılarının 78,9 faizi Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6 faizi əsasən etibar etdiyini bildirib.

Rəy sorğusu əsasında hakimiyyətin digər qollarına-parlamentə və məhkəmə orqanlarına olan ictimai inam və etimad səviyyəsi də öyrənilib. Sorğu iştirakçılarının 32,5 faizi Milli Məclisə tam etibar etdiyini, 37,7 faizi əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 4,7 faizi əsasən etibar etmədiyini, 22,2 faizi isə heç etibar etmədiyini bildirib. 3,0 faiz respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 37,6 faizi məhkəmələrə tam, 24,0 faizi isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 15,6 faizi əsasən etibar etmədiyini, 17,2 faizi isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 5,7 faizi bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib. Göründüyü kimi, məhkəmə institutlarına olan ictimai inam və etimadla parlamentə olan münasibət arasında uyğunluq müşahidə edilir.

Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 35,8 faizi Nazirlər Kabinetinə tam, 36,0 faizi əsasən etibar etdiyini bildirib. Əks mövqedən çıxış edənlər isə ümumilikdə 23,6 faiz təşkil edib (5,4 faizi əsasən etibar etmir, 18,2 faizi heç etibar etmir). Başqa sözlə, təqribən hər dörd respondentdən biri Nazirlər Kabinetinə etibar etmədiyini bildirib. Respondentlərin 4,6 faizi mövqe bildirməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 22,7 faizi yerli icra hakimiyyəti orqanlarına tam, 22,8 faizi əsasən etibar etdiyini bildirib. 14,1 faiz respondent əsasən etibar etmədiyini, 37,3 faiz heç etibar etmədiyini qeyd edib. 3,2 faiz respondent qərarsız mövqe nümayiş etdirib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…