14 baxış
Bu yazını paylaşın
Siyasi

Respondentlərin 76,9 faizi Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə qayğısından çox razıdır

16 İyun 2022

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Sosial Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı keçirdiyi sosioloji sorğu zamanı dövlətimizin başçısının şəhid ailələrinə və müharibə iştirakçılarına qayğısı və dəstək fəaliyyətindən respondentlərin 76,9 faizi çox razı, 17,2 faizi əsasən razı olduğunu bildirib.

Mərkəzdən bildiriblər ki, sorğunun keçirilməsində məqsəd Azərbaycan Prezidentinin ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Sosioloji sorğu əsasında öyrənilən vətəndaş rəyi aşağıdakı kimi olub:

Prezidentin müxtəlif istiqamətlər üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilməklə ilk sıralarda 1) hərbi quruculuq (88,3 faiz çox yaxşı, 10,5 faiz əsasən yaxşı), 2) xarici siyasət (84,8 faiz çox yaxşı, 13,8 faiz əsasən yaxşı), 3) vətənpərvər, sağlam və intellektual gəncliyin yetişdirilməsi istiqamətində (83,1 faiz çox yaxşı, 14,5 faiz əsasən yaxşı) qərarlaşıb.

Hesabat dövründə Prezidentin xarici ölkələrə səfərləri üzrə respondentlərin ən çox məlumatlı olduğu (92,2 faiz) 2022-ci il martın 10-da Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü, müqayisə etibarilə nisbətən az məlumatlı olduğu (82,9 faiz) 2022-ci il aprelin 6-da Brüsselə etdiyi səfər və Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan baş naziri ilə üçtərəfli görüşü olub. Prezidentin Türkiyəyə səfəri və Rəcəb Tayyib Ərdoğanla görüşünü respondentlərin 81,6 faizi çox əhəmiyyətli, 9,3 faizi əsasən əhəmiyyətli kimi qiymətləndirib.

Prezidentin sosial müdafiə istiqamətində fəaliyyəti respondentlərin 63,8 faizi tərəfindən çox yaxşı, 28,5 faizi tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. O cümlədən, Prezidentin şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı və dəstək fəaliyyətindən respondentlərin 76,9 faizi çox razı, 17,2 faizi əsasən razı olduğunu bildirib.

Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyətini respondentlərin 68,3 faizi çox yaxşı, 24,9 faizi əsasən yaxşı kimi qiymətləndirib.

Prezident tərəfindən aparılan kadr islahatları respondentlərin 57,2 faizi tərəfindən çox yaxşı, 30,3 faizi tərəfindən əsasən yaxşı kimi dəyərləndirilib.

Azərbaycan Prezidentinin korrupsiya ilə mübarizə istiqamətində fəaliyyəti respondentlərin 60,8 faizi tərəfindən çox yaxşı, 26,7 faizi tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. O cümlədən, cari il ərzində dövlətimizin başçısı tərəfindən təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın mümkün nəticələri kimi 51,1 faizi korrupsiyaya qarşı mübarizədə şəffaflığı artıracağı, 40,8 faizi göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcəyi, 26,6 faizi korrupsiya hallarına qarşı ictimai nəzarəti və vətəndaş cəmiyyəti institutlarının rolunu artıracağı, 21,4 faizi idarəetmə mexanizmlərini, 18,2 faizi qanunverici bazanı təkmilləşdirəcəyi, 6,2 faizi heç bir təsiri olmayacağı variantlarını qeyd edib. Ümumilikdə sorğu iştirakçılarının 23,4 faizi sözügedən Milli Fəaliyyət Planı haqqında məlumatsız olduğunu bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…