55 baxış
Bu yazını paylaşın
Dünya

Rəsmi Tehran Ermənistanı işğala son qoymağa çağırdı

04 Oktyabr 2020

“İran Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və erməni işğalının sona çatması bölgədəki sabitliyin qarantı olacaq”.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bildirib. O, İranın BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla, münaqişənin dialoq yolu ilə və beynəlxalq hüquq çərçivəsində həllinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Vaezi Tehranın Azərbaycanı qardaş və dost bir ölkə, yaxşı qonşu hesab etdiyini də vurğulayıb: “İranın Azərbaycanla bağlı mövqeyi həmişə açıq və şəffaf olaraq qalıb. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik və tanıyırıq. İşğala son qoyulmasının bölgədə sabitliyi təmin edəcəyinə inanırıq”.

PA rəhbəri İran ərazisindən Ermənistana silah və hərbi personalın köçürülməsinə dair iddiaları əsassız adlandırıb.

“Müəyyən qüvvələr Azərbaycanla İran arasındakı yaxşı münasibətləri pozmağa çalışır”, – deyə Vaezi bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…