18 baxış
Bu yazını paylaşın
Dünya

Rəsmi Pekin Nensi Pelosinin Tayvana planlaşdırılan səfəri ilə bağlı xəbərdarlıq edib

20 İyul 2022

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi “Vahid Çin” prinsipini kobud şəkildə pozaraq, Tayvana səfər planını həyata keçirərsə, Çin öz suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə qorumaq üçün sərt və qətiyyətli tədbirlər görəcək.

 TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Cao Licien ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasında avqusta planlaşdırılan səfəri barədə məlumatları şərh edərkən bu fikri səsləndirib.

“ABŞ bu səfərdən irəli gələn bütün mümkün nəticələri tam şəkildə nəzərə almalıdır”, – deyən Çin XİN rəsmisi bildirib ki, səfər baş tutarsa, bu, “Vahid Çin” prinsipini və Çin-ABŞ 3 birgə bəyannaməsinin müddəalarını kobud şəkildə pozacaq, Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi xələl gətirəcək, Çin-ABŞ münasibətlərinin siyasi əsasına ciddi təsir göstərəcək və “Tayvanın müstəqilliyi”nə can atan separatçı qüvvələrə ciddi yanlış siqnal göndərəcək.

Cao Licien ABŞ tərəfini həmin səfəri ləğv etməyə, Tayvan rəsmiləri ilə əlaqələri dayandırmağa, “Tayvanın müstəqilliyi”ni dəstəkləməməsi barədə öhdəliyini real hərəkətlərlə yerinə yetirməyə çağırıb.

XİN rəsmisi ABŞ-ın Tayvana 108 milyon dollar dəyərində silah satılması barədə sövdələşməni təsdiqləmək barədə niyyətini qınayaraq, bu addımın Tayvan boğazında gərginliyi daha da gücləndirəcəyini deyib.

Qeyd edək ki, Nensi Pelosi aprel ayında Tayvana səfər etməyi planlaşdırmışdı. Amma COVID-19 virusuna yoluxması səbəbindən səfərini təxirə salmışdı. Əgər səfər baş tutarsa, bu, ABŞ Nümayəndələr Palatası sədri vəzifəsini tutan şəxsin Tayvan adasında son 25 ildə ilk səfəri olacaq.

İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…