61 baxış
Bu yazını paylaşın
Siyasi

Rəsmi Bakının Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi üçün komissiya yaradılması təklifi ərəb KİV-nin diqqət mərkəzindədir

28 Dekabr 2021

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərin başlaması üçün komissiyanın yaradılmasına bütün tərəflərin razılıq verməsi və rəsmi Bakının bu prosesə start verməyə hazır olması barədə fikirləri ərəb mətbuatının diqqət mərkəzində olub.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, nüfuzlu “Mubtada” “Dustur”, “Şuruğ” və “Əxbar əl Yom” qəzetləri bununla bağlı bəyanatı dərc ediblər. Materiallarda diqqətə çatdırılıb ki, azərbaycanlı nazir qarşı tərəfin də bu məsələnin ciddiliyini anlayaraq tezliklə müsbət qarşılıq verəcəyinə, yaxın aylarda bu komissiyanın formalaşacağına ümidvar olduğunu bildirib.

Yazılarda vurğulanıb ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn normaları və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edib.

https://azertag.az/xeber/Resmi_Bakinin_Ermenistanla_serhedlerin_mueyyenlesdirilmesi_uchun_komissiya_yaradilmasi_teklifi_ereb_KIV_nin_diqqet_merkezindedir-1963436

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…