61 baxış
Bu yazını paylaşın
Siyasi

Rəsmi Bakı ilə İrəvana Tbilisidə danışıqlar aparmağı təklif etdi

30 Sentyabr 2020

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Dağlıq Qarabağ ətrafındakı mövcud vəziyyətə münasibət bildirib.

“telejurnal”nun “Sputnik Gürcüstan”a istinadən məlumatına görə, Baş Nazir tərəflərə münaqişənin həlli üçün Tbilisidə danışıqlar aparmağı təklif edib.

“Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurma nəticəsində çətin vəziyyət yaranıb, ağır itkilər var və təəssüf ki, hərbi əməliyyatların dayandırılması və dialoqun bərpası hələ ki, mümkün deyil. Hamımız başa düşürük ki, vəziyyətin daha da gərginləşməsi bütün bölgənin təhlükəsizliyinə son dərəcə mənfi təsir göstərəcək. Bir daha ATƏT-in Minsk Qrupu həmsədrlərini və beynəlxalq iştirakçıları eskalasiyanı dayandırmaq və dialoqu davam etdirmək üçün imkanlarından maksimum dərəcədə istifadə etməyə çağırırıq”,- deyə Qaxariya vurğulayıb.

O, bölgədə ən qısa müddətdə sülh qurmağın ümumi maraqlara uyğun olduğunu qeyd edib. Baş Nazir eyni zamanda, Gürcüstanın Tbilisidə münaqişə tərəflərinin nümayəndələrinin görüşünün keçirməsi də daxil olmaqla hər cür şəkildə bu prosesə töhfə verməyə hazır olduğunu açıqlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…