45 baxış
Bu yazını paylaşın
Dünya

Rəsmi Ankaradan Gəncənin atəşə tutulmasına reaksiya

05 Oktyabr 2020

Ankarada Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulmasını qətiyyətlə pisləyiblər. “telejurnal” bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

“Bu cür hücumlar (Gəncənin raket atəşinə tutulması – red.) Ermənistanın gücsüzlüyünün və insanlığa qarşı cinayətlərə hazırlığının göstəricisidir”, – Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Türkiyənin xarici siyasət idarəsində vurğulanıb ki, Ermənistan regionda sülh və sabitlik yolunda ən böyük maneə olaraq qalır. Qeyd olunub ki, Gəncənin dinc əhalisinin raket atəşinə tutulması Yerevanın beynəlxalq hüquq normalarına biganəliyini bir daha göstərdi.

“Döyüş sahəsindəki məğlubiyyəti fonunda Ermənistan beynəlxalq hüquq normalarına, o cümlədən, mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymur. Türkiyə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Əminik ki, Bakı Ermənistanın təxribatlarına uymayacaq və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri çərçivəsində özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək. Türkiyə Azərbaycanın dinc əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyir”, – bəyanatda vurğulanır.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri oktyabrın 4-də Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncəni ağır artilleriyadan atəşə tutub. Nəticədə 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb, şəhərdəki mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən dövlət tərəfindən mühafizəyə götürülən (inv. 3838) tarixi abidəyə ciddi ziyan dəyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…