275 baxış
Bu yazını paylaşın
İctimai

Rəşad Sadıqov: “Viktoriya” ilə matçda həmin an oyunun qırılma nöqtəsi oldu”

27 Avqust 2022

“Qarabağ”ı böyük uğura görə təbrik edirəm”.

 

“TELEJURNAL.AZ”ın məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov keçmiş klubu “Qarabağ”ın avrokuboklardakı çıxışını dəyərləndirərkən deyib.

 

O, Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya” ilə oyunlarına münasibət bildirib: “Dünən bir futbol adamı ilə “Qarabağ”ın uğurlarını müzakirə edirdik. Bu klub elə rekordlara imza atdı ki, nəinki Azərbaycanda yox, bu, Avropaya da aiddir. Maraqla baxaq görək, bundan sonra hansısa klub eyni mövsümdə Polşa, İsveçrə, Macarıstan çempionunu Çempionlar Liqasından kənarlaşdıra biləcəkmi? Mən buna inanmıram. Hər hansısa klub pley-offda 9-cu dəfə məğlub olacaqmı? Bu rekordu kiminsə təkrarlayacağına da inanmıram. “Viktoriya” ilə ilk oyunda hər iki komanda səhv etməkdən ehtiyatlanırdı. Xüsusən də, Çexiya klubu çox ehtiyatlı oynayırdı. Belə olanda hücum etməyə məcbursan. “Qarabağ” qol epizodları da yaratdı. Amma istifadə edə bilmədilər. Cavab görüşündə komanda 1:0 hesabı ilə öndə idi, hamımız ikinci qolu gözləyirdik. Hücumların davam etdiyi vaxtda “Ferentsvaroş”la oyunu gözümün önündə canlandırdım. Bir anda buraxılan qol istər-istəməz təcrübəli rəqibə üstünlük verdi. Həmin dəqiqə qırılma nöqtəsi idi”.

 

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində “Frayburq” (Almaniya), “Olimpiakos” (Yunanıstan) və “Nant”la (Fransa) qarşılaşacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…