192 baxış
Bu yazını paylaşın
İctimai

Rəşad Sadıqov: “Qayda pozuntusunu şərhçi gördü, hakim görmədi”

22 Avqust 2022

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sumqayıt”la keçirdikləri Azərbaycan Premyer Liqasının III tur oyununun VAR hakimi Nicat İsmayıllıya müraciət edib.

“TELEJURNAL.AZ”ın məlumatına görə, 40 yaşlı mütəxəssis bununla bağlı özünün instaqram səhifəsində post paylaşıb.

O, ədalət təmsilçisinin işindən narazılığını bildirib: “79-cu dəqiqədə Məhəmməd Həmdui ilə Almir Aqanspahiçin toqquşmasına israrla penalti deyən, ondan bir saniyə əvvəl Sertan Taşkın və Vüsal İsgəndərli arasındakı mübarizədə qayda pozuntusunu baş hakimə göstərməyən VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin? Heç olmasa, yalandan da olsa baş hakimə bir də bu epizoda baxmağı təklif edərdin. Yəni, pauza yaranacaq deyə narahat olmadığını oyunun 6 dəqiqiəlik dayandırılmasında da hiss etdik və 1 dəqiqə də bu epizoda getsəydi, heç nə olmazdı. Maraqlıdır ki, şərhçi Nurlan Valehoğlu qayda pozuntusunu gördü, amma Nicat görmədi”.

Qeyd edək ki, görüş qolsuz heç-heçə ilə başa çatıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…