260 baxış
Bu yazını paylaşın
İctimai

Rəşad Sadıqov “Qarabağ”ın Avropa Liqasındakı şanslarını dəyərləndirib

27 Avqust 2022

“Qarabağ”ın sabiq kapitanı Rəşad Sadıqov Ağdam komandasının UEFA Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.

 

“TELEJURNAL.AZ”ın məlumatına görə, hazırda “Zirə”nin baş məşqçi postunu tutan 40 yaşlı mütəxəssis keçmiş klubunun çətin qrupa düşdüyünü söyləyib.

 

“Üçüncü və dördüncü səbətlərdən Almaniya “Frayburq”u və Fransa “Nant”ı kimi çox ağır rəqiblər çıxdı. Əlbəttə, birinci səbətdən daha təhlükəli rəqib gələ bilərdi. Lakin Yunanıstan “Olimpiakos”u düşdü. Çox ciddi qrupa düşüblər”, – deyə Sadıqov vurğulayıb.

 

Bununla belə, keçmiş müdafiəçinin fikrincə, “Qarabağ” hansı qrupa düşsəydi, sonadək mübarizə aparacaqdı: “Bu komandanın bir ruhu, bir ideyası var. Elə bir baş məşqçisi var ki, rəqibdən asılı olmayaraq, öz dominant oyununu sərgiləməyə çalışır. Nə qədər alınıb-alınmaması ikinci dərəcəli məsələdir. Asan olmayacaq, amma inanırıq ki, “Qarabağ” işinin öhdəsindən gələcək”.

 

Qeyd edək ki, G qrupunda yer alan “Qarabağ”ın oyunları 8 sentyabr, 15 sentyabr, 6 oktyabr, 13 oktyabr, 27 oktyabr və 3 noyabrda olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…