23 baxış
Bu yazını paylaşın
İdman

Rəşad Sadıqov: “Bu mövsüm avrokuboklara getməməyi gözə almışıq”

12 May 2023

“Bu mövsüm avrokuboklara getməməyi gözə almışıq”.

Telejurnalın məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bugünkü xal itkisi ilə vəziyyəti daha da çətinləşdirdiklərini bildirib: “Önsuz da, durumumuz yaxşı deyildi. Yenə də sona qədər mübarizə aparmağa çalışırıq. Şansımızı qorumaq üçün “Turan Tovuz” və “Kəpəz”lə matçlarda mütləq şəkildə qələbə qazanmalıydıq. Bu gün 3 xal götürüb “Qəbələ”ni basqı altına salmaq olardı. Amma bu görüşdə qalib gələ bilmirsənsə, deməli, rəqibə üstünlük verirsən. Təqvim də bizim üçün uyğun əlverişli deyil. Gələn tur “Sabah”la oynamalıyıq”.

O, qələbə qazana bilmədikləri üçün məyus olduqlarını etiraf edib: “Hər iki komanda yaxşı mübarizə apardı. Qələbəyə köklənmişdik, amma alınmadı, istəyimizi həyata keçirə bilmədik. Planlaşdırmadığımız növbəti xal itkisi ilə üzləşdik”.

Sadıqovun sözlərinə görə, qalibiyyət üçün hücumda dəqiqlik, müdafiədə isə diqqətli oyun çatmadı: “İlk hissədə yaxşı epizodlarımız oldu. Bir topumuz dirəkdən döndü, vurduğumuz qol sayılmadı. Yenə santimetrlərlə ələ toxunuş tapılıb çıxarıldı. Həftə ərzində təhlil etdiyimiz əsas məqam rəqibin standart vəziyyətlər zamanı təhlükəli olması idi. Səhv etmirəmsə, 4 və ya 5 qol vurublar. Bu gün məhz künc zərbəsindən top buraxdıq. Təəssüf ki, futbolçular bu məsələdə tapşırığımı tam diqqətə almayıb boşluq verdilər. Düşünürəm ki, həmin qolun xal itirməyimizdə böyük rolu oldu”.

Baş məşqçisi ukraynalı hücumçu Vladislav Kulaçın zədələnməsinə də toxunub: “Əsas qol silahın meydanı tərk edirsə, bu, komanda üçün həm psixoloji, həm də oyun keyfiyyəti baxımından böyük itkidir. Bilirsiniz ki, son matçlarda vurduğumuz qolların əksəriyyətində onun imzası var idi. Mövsümün vacib hissəsində zədələndi. Hər dəfə “Kəpəz”lə oyunlarda bir hadisə baş verir. Əvvəlki 3 matçı azlıqda keçirmişdik, bu dəfə isə aparıcı futbolçumuz zədələndi. Amma bu, istənilən halda qələbə qazanmağımıza mane olmamalı idi”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…