47 baxış
Bu yazını paylaşın
İqtisadi

Rəşad Nəbiyev: Radiotezliklərin məhdud olması şəffaf istifadəni zəruri edir

18 Yanvar 2022

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, onlayn formatda təşkil olunan toplantıda radiotezliklər spektrinin idarə edilməsi ilə bağlı hazırkı vəziyyət, mövcud problemlər və həlli vacib məsələlər müzakirə edilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri, Dövlət Komissiyasının sədri Rəşad Nəbiyev komissiyanın yeni format və tərkibdə yaradılmasının bu sahədə olan boşluqların aradan qaldırılmasına və radiotezlik idarəçiliyi sahəsində işlərin effektiv qurulmasına təkan verəcəyinə əminliyini ifadə edib.
“Radiotezliklərin məhdud olması və ölkəmizdə texnoloji inkişaf fonunda tələbatın günbəgün artması radiotezlik spektrindən şəffaf, rasional, ədalətli və səmərəli istifadəni zəruri edir”, – deyə nazir vurğulayıb.
İclasın gündəliyinə daxil olan məsələlərə dair təqdimat dinlənilib, müzakirələr nəticəsində bir sıra vacib qərarlar qəbul olunub.
Dövlət Komissiyasının yeni tərkibi, “Azərbaycan Respublikasının radio xidmətləri arasında tezlik zolaqlarının ayrılması Cədvəli” və “Azərbaycan Respublikasının radiotezliklər spektrinin perspektiv istifadə planı” təsdiq edilib. Həmçinin daxil olmuş müraciətlərin bir qısminə baxılaraq müvafiq qərarlar verilib.
Xatırladaq ki, Radiotezliklər üzrə Dövlət Komissiyası Prezident İlham Əliyevin 2021-ci il 4 may tarixli Sərəncamı ilə yaradılıb. Dövlətimizin başçısının 2021-ci il 18 dekabr tarixli Fərmanı ilə Dövlət Komissiyasının Əsasnaməsi təsdiq edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…