185 baxış
Bu yazını paylaşın
Siyasi

Rəşad Mahmudov: Birliyimiz, həmrəyliyimiz xilasımızdır

28 Dekabr 2021

Harada yaşamağımızdan, hansı ölkədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq ürəklərimizdə azərbaycanlı olmağın qüruru, sevinci var. Biz azərbaycanlı olaraq ali, böyük, qüdrətli, qəhrəman və qədirbilən xalqıq. Bizim üçün hər şeydən öncə Vətən anlayışı, azərbaycançılıq məfkurəsidir. Məhz bu şərəfli amalla aşa bilməyəcəyimiz heç bir əngəl yoxdur. Birliyimiz, həmrəyliyimiz, nicatımız xilasımızdır. Bu birliklə 44 gün ərzində tariximizin ən şərəfli səhifəsini yazaraq yenilməz olduq. Bizə bir yumruq kimi birləşməyi, həmrəy olmağı, Vətəni sevməyi və onun uğrunda ölməyi ən böyük azərbaycanlı, ümummilli lider Heydər Əliyev öyrədib.

‘TELEJURNAL’ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, tanınmış həkim Rəşad Mahmudov söyləyib.

Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların növbəti dəfə həmrəylik gününü qeyd etməyə hazırlaşdıqlarını vurğulayan deputat deyib: “Ürək ağrısı ilə qeyd edim ki, bütün tarix ərzində heç zaman diaspora olaraq təşkilatlanmamış, dağınıq, kortəbii şəkildə fəaliyyət göstərmişdik. Bu bir həqiqətdir ki, həmvətənlərimiz ulu öndər Heydər Əliyevin 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasında qəbul etdiyi tarixi qərardan sonra mütəşəkkil qüvvəyə çevrilə bildilər. Belə bir tarixi qərarı – bölünmüş, parçalanmış bir xalqın həmrəyliyinə nail olmaq missiyasını məhz xalqın lideri ola biləcək tarixi şəxsiyyət Heydər Əliyev qəbul edə bilərdi. Zaman və məkan növbəti dəfə bu dahi insanın nə qədər haqlı, müdrik, vətənpərvər və uzaqgörən olmağına şahidlik etdi. Düşmən fitnələri qarşısında əliyalın, çarəsiz qalan, bir istinadgahı, güvənc yeri olmayan həmvətənlərimiz bundan sonra təşkilatlanmağa, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmağa başladılar. Bu addımla əvəzolunmaz lider H.Əliyev gələcək böyük qələbələrimizin təməllərini atmış oldu”.

R.Mahmudov bildirib ki, bütün həyatını Azərbaycan və azərbaycançılıq ideyalarının təntənəsinə həsr edən H.Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövr ərzində xaricdə yaşayan həmvətənlərimizi diqqət mərkəzində saxlayıb, onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakına nail olunmasına çalışıb. Xarici ölkələrə səfərləri zamanı iş qrafikinin gərgin olmasına rəğmən mütləq diaspora nümayəndələri ilə görüşlər keçirər, öz tövsiyələrini verərdi. Xalqımıza qarşı az qala terror təşkilatı rolunu oynayan erməni diasporasının gücünün laxladılmasında, fəaliyyətinin məhdudlaşdırılmasında bütün bunların böyük rolu olub. Dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaqla erməni faşizminin ideoloji əsasları sarsıdıldı.

“Dünya azərbaycanlılarının həmrəyliyi siyasətinin institutlaşdırılması məqsədilə 2001-ci il noyabrın 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib və mühüm tarixi qərarlar qəbul olunub. Qurultaydan sonra ulu öndər Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Atılan səmərəli addımlardan, qəbul edilən qərarlardan sonra daha mütəşəkkil qüvvəyə çevrilən Azərbaycan diaspor təşkilatları ölkəmizin beynəlxalq nüfuzunun artmasına, mövqeyinin güclənməsinə öz töhfəsini verib. Təşkilatlanma işlərinin yüksək səviyyədə qurulmasının məntiqi nəticəsi olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi işlər aparılıb”, – deyə Rəşad Mahmudov vurğulayıb.

Deputat qeyd edib ki, ulu öndərin milli həmrəylik sahəsində yorulmaz xidmətlərini uğurla davam etdirən Prezident İlham Əliyev dövlətimizin başçısı kimi ilk çıxışında bütün dünya azərbaycanlılarının Prezidenti olacağını bəyan etməklə milli birlik, həmrəylik tariximizdə tamamilə yeni bir səhifə başladıb. Diaspor işinin daha sıx birləşdirilməsi, siyasi-iqtisadi gücə çevrilməsi üçün mühüm addımlar atılıb. İlham Əliyevin azərbaycançılıq siyasəti nəticəsində diasporumuz dünyada mühüm qüvvəyə çevrilib, erməni təbliğatının iç üzü açılıb. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib. Aparılan siyasət nəticəsində diasporamız təkcə dünya azərbaycanlılarının deyil, bir çox hallarda türk-islam aləminin həmrəylik-güc mərkəzinə çevrilib. Bütün bunlar xalqımızın 44 günlük Vətən savaşında tarixi Qələbəsini şərtləndirən əsas amillərdir.

Rəşad Mahmudov sonda əlavə edib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımız üçün, xaricdə yaşayan bütün soydaşlarımız üçün əlamətdar bayramdır. Arzu edək ki, təkcə dekabrın 31-i deyil, təqvimdə olan bütün günlər birlik günümüz, sevinən isə Vətən olsun. Həmişə həmrəy olmaq isə həyat amalımız olmalıdır. Biz birlikdə yenilməz və möhtəşəmik.

https://azertag.az/xeber/Resad_Mahmudov_Birliyimiz_hemreyliyimiz_xilasimizdir-1963388

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…