23 baxış
Bu yazını paylaşın
Siyasi

Rəhman Hümmətov: “Hazırda nəqliyyatda olan problemlərin həlli üzrə xüsusi araşdırmalar aparılır”

16 İyun 2023

Hazırda nəqliyyat sahəsində olan problemlərin həlli istiqamətində Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi xüsusi araşdırmalar aparır.

TELEJURNAL  xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

“Bu gün təqdim edilən qanun layihəsi yalnız bu günə müəyyənləşdirilən 60 təşəbbüsdən biridir. Yəni elə anlaşılmasın ki, biz bütün problemlərin həllini bu qanunun qəbul edilməsində görürük. Bu qanunla bağlı başlıca məqsəd əhalinin hüquqlarının qorunmasıdır. Eyni zamanda sahibkarlıq fəaliyyəti ilə bağlı hansısa problemin yaradılması müzakirə olunmur”, – deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, bəzən vahid taksi xidmətinin yaradılması barədə fikirlər səsləndirilir: “Qeyd edim ki, nə qanun layihəsi, nə də nazirliyin planlarında belə bir fikir yoxdur. Eyni zamanda Milli Məclisdə hava limannda qanunsuz taksi daşımaları məsələsi qeyd edildi. Artıq bu daşımaların qarşısı alınır. Ümumiyyətlə ölkədə ictimai nəqliyyatın genişləndirilməsi ilə bağlı problem var və ictimai nəqliyyatda xidmət keyfiyyətinin artırılmasına daha çox diqqətin ayrılmasına ehtiyac var. Bu istiqamətdə də işlər görüləcək. Bu problemin dərindən həll edilməsi üçün bu yaxınlarda Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb”

Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara edilən dəyişikliklər layihəsində nəzərdə tutulur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…