52 baxış
Bu yazını paylaşın
İctimai

Regional Azərbaycan Kubokunun qalibi məlum olub

06 Mart 2023

TELEJURNAL Regional Azərbaycan Kubokunun qalibinin məlum olması ilə bağlı məumatı təqdim edir.

Region gəncləri arasında təşkil edilən layihənin məqsədi gənclərin fundamental inkişafına xidmət edərək onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, vətənpərvərlik hislərinin intellekt yolu ilə təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə onları pis vərdişlərdən kənar tutmaq olub.

Şamaxı, Ağsu, Qəbələ və Ağdaş şəhərinin gəncləri arasında təşkil edilən layihədə ümumilikdə 58 komanda final uğrunda mübarizə aparıb. Azərbaycançılıq, tarix, mədəniyyət, Qarabağ, Vətən müharibəsi kimi mövzulardan olan suallar iştirakçıların marağına səbəb olub. Hər regional seçim turunun ən çox xal toplayan komandaları layihənin final mərhələsinə vəsiqəni təmin edib.

Ümumilikdə Azərbaycanın 16 regionundan ən güclü 20 komanda 04 mart 2023-cü il tarixində Gənclər Paytaxtı olan Mingəçevir şəhərində Azərbaycan Kuboku uğrunda mübarizəyə qoşulublar.

04 mart tarixində təşkil edilən turnirdə ilk olaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Tariyel müəllim qonaqları salamlayaraq, gənclərə uğurlar arzuladı. Daha sonra layihə rəhbəri və təşkilat sədri Azad Manaflı regionlarda aparılan gənclər siyasətindən, gənclərə yaradılan imkanlardan və layihələrdə gənclərin aktiv iştirakından geniş söz açdı. 16 regionun bu layihəyə olan marağını müsbət qarşılayaraq rayonlara minnətdarlığını bildirib.

Turnirdə həmçinin layihənin tərəfdaşları Tutorlab startapın təsisçisi Elmir Zahidli, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Gənclər və İdman Nazirliyinin rəsmiləri və digər qonaqlar iştirak etmişdir.

İlk öncə komandalar 4 müxtəlif qruplarda öz biliklərini sınayıblar. Ən üstün nəticə göstərən komandalar növbəti mərhələyə addımlayıblar. Sonda finalda isə Gəncənin “Noctua” komandası ilə Göygölün “Aqro Team” komandaları üz-üzə gəliblər. Gərgin mübarizənin sonunda Göygöl komandası rəqibini 1 xal üstələyərək Azərbaycan Kubokuna sahib çıxıb. Digər 18 komanda arasında isə ən güclü nəticə Mingəçevir şəhərinin “Che” komandansı göstərərək kiçik kuboka sahib çıxdı. Qaliblər kubok, medal və dəyərli hədiyyələr ilə mükafatlandırıldı.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirib .

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…