60 baxış
Bu yazını paylaşın
İctimai

Regional Azərbaycan Çempionatı layihəsinin seçim turlarına yekun vurulub

27 Noyabr 2022

Regional Azərbaycan Çempionatı layihəsinin seçim turlarına yekun vurulub

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi və “Basqal Hotel”-in birgə təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Regional Azərbaycan Çempionatı” layihəsinin seçim turlarına yekun vurulub.

TELEJURNAL xəbər verir ki, oyunun seçim turları Şamaxı, İsmayıllı, Qəbələ, Göyçay və Qobustan şəhərlərinin gəncləri arasında təşkil edilib. Ümumilikdə 50-dən artıq komanda finala vəsiqə uğrunda mübarizə aparıb. Şamaxının 3, İsmayıllının 4, Qəbələnin 3, Göyçayın 3 və Qobustan şəhərinin 1 komandası finala vəsiqəni təmin edib.

Final mərhələsinə digər regionların komandaları da qatılacaq.

Layihənin final oyunu dekabr ayının 7-si saat 10:00-da İsmayıllı rayonunda “Basqal Hotel”-də keçiriləcək. Qaliblər kubok, medal, sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın 44 gün müddətində qazandığı zəfəri intellekt oyunları vasitəsilə gənc nəslə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu, vətənpərvərlik hisslərini geniş təbliğ etmək, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini öyrətməkdən ibarətdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…