33 baxış
Bu yazını paylaşın
İdman

Redon Cica: “Çempionluğu təmtəraqlı qeyd etmədik, çünki “Qarabağ” buna öyrəşib”

16 May 2023

“Çempionluğu təmtəraqlı qeyd etmədik, çünki komanda son illər tez-tez qalib gəlməyə öyrəşib”.

Telejurnalın məlumatına görə, bunu “Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica ölkəsinin mətbuatına açıqlamasında deyib.

25 yaşlı hücumçu Azərbaycana və Ağdam klubuna tam uyğunlaşdığını bildirib: “Yüngül zədə almışam və 100% hazır deyiləm. Ümid edirəm ki, növbəti mövsümə daha güclü başlayacağam. Oynamaq şansım olanda əlimdən gələni edəcək, mənə olan etimadı doğruldacağam. Fasilə mənə kömək etməlidir. Sonra yeni mövsümdən start heyətində olmaq üçün hazırlıq mərhələsində var gücümlə çalışacağam”.

Qış fasiləsində Albaniya “Tirana”sından “Qarabağ”a keçən forvardın sözlərinə görə, yanvarda klub dəyişmək futbolçu üçün yaxşı deyil: “Heyət komplektləşir və ona uyğunlaşmaq asan olmur. Yayda isə birlikdə təlim-məşq toplanışında olursan və komandanın oyun üslubunu başa düşürsən. “Qarabağ”a fasilədən sonrakı ilk oyundan beş gün əvvəl gəlmişdim və heç kimi tanımırdım. Hətta matçın necə getdiyini bilmirdim. Sadəcə, oynadım və əlimdən gələni etdim. Amma artıq adaptasiya dövrünü keçmişəm və əsas heyətdə oynayacağıma ümid edirəm”.

Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…