26 baxış
Bu yazını paylaşın
Siyasi

Rəcəb Tayyib Ərdoğan: “Avropa Türkiyə üzərindən alacağı qaza görə narahatdır”

13 İyun 2023

“Avropa Türkiyə üzərindən alacağı təbii qaza görə çox narahatdır.

Telejurnal-ın  xəbərinə görə, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata verilən birgə bəyanatda bildirib.

“Avropalılar bunun üçün davamlı olaraq xahişlər etməkdədirlər. Biz qaz məsələsi ilə bağlı üzərimizə düşəni edirik və bundan sonra da inşallah edəcəyik”, – deyə o qeyd edib.

“Ən vacib məsələlərdən biri enerji sahəsində – TAP və TANAP üzrə illərdir ki, həyata keçirilən işlərdir. Bununla bağlı bu gün də nazirlərimiz arasında görüş keçirildi. Bundan sonrakı dövrdə daha nələr edə bilərik, bununla bağlı müzakirələr aparıldı”, – deyə Türkiyənin dövlət başçısı əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…