18 baxış
Bu yazını paylaşın
İdman

“Real”ın baş məşqçisi məhkəmə qarşısına çıxarılacaq

12 İyul 2023

“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti təxminən 400 min avro vergi fırıldaqçılığı ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Telejurnal “El Mundo”ya istinadən xəbər verir ki, məhkəmə artıq “Real Madrid”in çalışdırıcısına qarşı istintaqı yekunlaşdırır. O, “qaymaqlılar”ın başında ilk işlədiyi dövrdə gəlirinin bir hissəsini gizlədib.

Ançelotti 2021-ci ildən “Real Madrid”də işləyir. Bu müddət ərzində o, İspaniya çempionatında komandanı qələbə ilə idarə etməyi bacarıb, ölkə Kubokunu və Çempionlar Liqasını qazanıb. O, daha əvvəl 2013-2015-ci illərdə klubda çalışıb.

Ötən mövsüm “Real” İspaniya çempionatında yalnız ikinci olub. Madridlilərin qalib “Barselona”dan geriliyi 10 xal olub.

Çempionlar Liqasında Karlo Ançelottinin yetirmələri yarımfinala yüksələ biliblər, “Mançester Siti”yə uduzublar.

La Liqada yeni mövsüm avqustun 11-də başlayır. “Real Madrid” “Atletiko” ilə qarşılaşacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…