24 baxış
Bu yazını paylaşın
İdman

“Real” Vinisiusa görə İspaniya Baş Purokurorluğuna müraciət etdi

22 May 2023

“Real” futbolçusu Vinisius Juniorun ünvanına təhqirlər səsləndirdiyi üçün İspaniya Baş Prokurorluğuna müraciət edib.

Bu barədə klubun saytı məlumat yayıb. La Liqanın 35-ci turunun “Valensiya” ilə matçında rəqibin azarkeşlərinin Vinisiusu “meymun” və “axmaq” adlandıraraq təhqir etməsi futbolçuların əlbəyaxa davasına səbəb olub. Nəticədə oyun 8 dəqiqə dayandırılıb. Stadionun ictimai ünvan sistemi üzərində irqçi söyüşlərlə bağlı elan verilib. Arenadakı tablosda belə yazılıb: “Valensiya” futbolda zorakılıq və təhqirlərə qarşıdır”.

“Real” Futbol Klubu məsələyə öz kəskin etirazını bildirib: “Dünən oyunçumuz Vinisius Juniora qarşı baş verən hadisələri pisləyirik. Bu faktlar sosial və demokratik hüquqi dövlətimizin birgəyaşayış modelinə birbaşa hücumdur.

“Real” hesab edir ki, bu cür hücumlar həm də irqçilik cinayətidir. Ona görə də faktların araşdırılması və günahkarların müəyyən edilməsi üçün Baş Prokurorluğa müraciət etdik.

İspaniya Konstitusiyasının 124-cü maddəsi Prokurorluğun funksiyaları kimi qanunun aliliyinin, vətəndaşların hüquqlarının və ictimai maraqların müdafiəsi üçün ədalət mühakiməsinin həyata keçirilməsinin təşviqini müəyyən edir.

Bu səbəbdən və baş verən hadisələrin ciddiliyini nəzərə alaraq, “Real” xüsusi ittihamçı kimi Baş Prokurorluğa müraciət edib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…