438 baxış
Bu yazını paylaşın
İctimai

“Real Madrid”in futbolçusu “Mançester Yunayted”ə keçir – RƏSMİ

20 Avqust 2022

İngiltərənin “Mançester Yunayted” klubu İspaniya “Real”ı ilə futbolçu Kazemironun transferinə dair razılıq əldə etdiyini açıqlayıb.

“TELEJURNAL.AZ”ın məlumatına görə, artıq braziliyalı yarımmüdafiəçinin keçidi onun müqavilə şərtləri, tibbi baxış və vizasını rəsmiləşdirməsindən asılıdır. 30 yaşlı oyunçu üçün “kral klubu” 60 milyon avro alacaq. Daha 10 milyon avro isə bonus kimi ödənilə bilər.

Braziliya “San Paulu”sunun yetirməsi olan futbolçu Madrid klubuna 2013-cü ildə keçib. O, hazırkı komandasında 336 oyuna 31 qol və 29 məhsuldar ötürmə müəllifi, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə İspaniya La Liqasının və eyni sayda klublararası dünya çempionatının qalibi olub.

Kazemiro 2011-ci ildən çıxış etdiyi Braziliya millisində isə 2019-cu il Amerika Kubokunun qalibi adını qazanıb və 2018-ci il dünya çempionatında iştirak edib. “Sambaçı” yığmada 63 matçda 5 qol vurub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…