288 baxış
Bu yazını paylaşın
İctimai

“Real Madrid” 5-ci dəfə UEFA Super Kubokunun qalibi olub

11 Avqust 2022

Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilib.

“TELEJURNAL.AZ” xəbər verir ki, İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları arasında Helsinki Olimpiya Stadionunda oynanılan görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edib.

Qarşılaşma “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 37-ci dəqiqədə David Alaba və 65-ci dəqiqədə Kərim Benzema vurublar.

5-ci dəfə Superkuboku qazanan “Real Madrid” bu göstəricidə İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klublarına çatıb. Hazırda bu 3 komanda titula ən çox sahib çıxan kollektivlərdir.

UEFA Super Kuboku

10 avqust

23:00. “Real Madrid” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 2:0

Qollar: David Alaba, 37. Kərim Benzema, 65

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu

Qeyd edək ki, UEFA qu qarşılaşmada ilk dəfə Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyasını tətbiq edib. Yeni sistem hər oyunçunun 29 fərqli bədən nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…