209 baxış
Bu yazını paylaşın
İctimai

“Rapid”in baş məşqçisi: “Neftçi” ilə matçda böyük güc sərf etməliyik”

11 Avqust 2022

“Bu matçda böyük güc sərf etməliyik”.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bunu “Rapid”in baş məşqçisi Ferdinand Feldhofer “Neftçi”yə qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis doğma azarkeşlər önündə qalib gəlmək istədiklərini bildirib: “Pressinq tətbiq edib, qol şansları yaratmalıyıq. Bakıda bəzi qol epizodlarını boşa vermişik. Evdə bunu təkrarlamamalıyıq”.

Feldhofer görüş ərzində hücuma üstünlük verəcəklərini diqqətə çatdırıb: “Müxtəlif imkanları və standart vəziyyətləri dəyərləndirməyə çalışacağıq. Qeyri-adi vəziyyət olsa, buna uyğun da oyun quracağıq”.

Avstriyalı baş məşqçi evdə oynadıqları üçün rahat olduqlarını vurğulayıb: “Bundan istifadə etməli və yaxşı hücumlar qurmalıyıq. Ən azı bir qol vurmalıyıq ki, növbəti mərhələ üçün şansımız olsun. Bütün gücümüzü toplayıb daha yaxşı nəticə əldə etməliyik. Rəqibin gücü bəllidir. “Neftçi”nin özünəməxsus oyun tərzi var”.

Mütəxəssis Bakıdakı görüşdəki səhvləri nəzərə aldıqlarını diqqətə çatdırıb: “Topu özümüzdə saxlayıb rəqibin uzun reydlərinin qarşısını almalıyıq. Səhvlərimizi konkretləşdirmişik. Çalışacağıq ki, imkanlarımızı dəyərləndirək”.

Qeyd edək ki, iyulun 11-də oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…