30 baxış
Bu yazını paylaşın
Siyasi

Rafael Hüseynov: Böyük təşkilatların vaxtında qətiyyətli addım atmaması problemlərlə aşıb-daşan acı gerçəkliklə nəticələnir

26 Aprel 2022

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) müzakirə etdiyimiz inkişaf hesabatları ötən dövr ərzində görülmüş işlər, əldə etdiyimiz nailiyyətlər ilə bərabər, qarşıdan gələn aylarda nə etməliyik, nələrə hazır olmalıyıq kimi suallara cavablar da təqdim etməlidir. Bütün sahələrdə vaxtında addım atmaq, tədbir görmək vacibdir.

“TELEJURNAL” AZƏRTACA istinadən xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasının ilk günüdə Büro hesabatının müzakirələrində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov səsləndirib. O bildirib ki, bütün sahələrdə vaxtında görülən işlər faydalı olur. Hüquq-mühafizə sahəsində vaxtında atılan addımlar cinayət əməllərinin qarşısının alınmasına kömək edir. Həmçinin siyasətdə də vaxtında tədbir görülərsə, bir çox proseslər arzuedilməz məcraya yönəlməz.

“Vaxtında atılmış addım gələcəyi bir qədər öncədən görmə, həmçinin baş verənləri qabaqlamaq, gedişatı idarə etməyə kömək göstərmək deməkdir. Hadisəni, sadəcə, izləmək və onlar baş verəndən sonra əl-ayağa düşmək, nəticələr çıxarmaq, sadəcə olaraq, salnaməçilik, tarixçilikdir”, – deyə R.Hüseynov avropalı parlamentarilərin diqqətinə çatdırıb.

Qeyd edib ki, hazırda Avropa qitəsində vəziyyət heç də ürəkaçan deyil. Müxtəlif böhranlar bir-birini əvəzləyir, yeni narahatlıq dalğalarının gəlişi aşkarca hiss olunur. Avropa Şurası nüfuzlu və təcrübəli bir beynəlxalq təşkilat kimi qitə və dünya qarşısında məsuliyyət daşıyır. Bu gün cərəyan edən hadisələr bu illər ərzində bir çox məsələlərə yalnız seyrçi olduğumuzu, vaxtında ciddi reaksiya vermədiyimizi göstərir.

Azərbaycanlı deputat bildirib ki, bir üzv dövlətin digər üzv dövlətin ərazisini işğal etməsi faktına ən kəskin reaksiya 20 il əvvəl verilsə, belə ədalətsiz vəziyyətlə bağlı dərhal düzgün reaksiya göstərilərək tədbir görülsə idi, belə hallar təkrarlanmaz, bir növ ənənəviləşməzdi.

“Azərbaycan nümayəndə heyətinin üzvləri qismində bunları yalnız indi, hadisələr baş verəndən sonra demirik. Addımı vaxtında atmışdıq. 2000-ci illərin əvvəllərində də var səsimizlə və həyəcanla bunları söyləyirdik.

Əslində, öz problemimizdən bəhs edərək, hamıya doğru yaxınlaşan bəlaların həyəcan təbilini çalırdıq. Hələ 20 il əvvəl bu məsələləri Assambleyada qaldıranda yalnız özümüzü, uğradığımız işğal və qaçqınlıq faciələrini nəzərdə tutmurduq. Bunu da açıqca bəyan edirdik ki, vaxtında tədbir görülməsə, bəla sizə doğru da irəliləyəcək, bir milyon qaçın və köçkün on milyonlara çevriləcək”, – deyə R. Hüseynov qeyd edib.

Deputat vurğulayıb ki, böyük təşkilatlar, eləcə də Avropa Şurası tərəfindən vaxtında zəruri, qətiyyətli addımlar atılmadı. Belə səhlənkarlıq indi içərisində yaşadığımız çalxalanan Avropa və dünya, axarında olduğumuz gərgin, eləcə də müharibəli, milyonlarla qaçqınlı, iqtisadi problemlərlə aşıb-daşan acı gerçəkliklə nəticələndi.

Azərbaycanı deputat avropalı həmkarlarını “çıxıb getmiş qatar”ın ardınca baxmaq adətindən əl çəkməyə, bu gün də baş verənlərin şərhindən daha çox bunların haraya aparıb çıxaracağını düşünməyə, sabah baş verə biləcək daha dərin böhranların qarşısını almağa və bu istiqamətlərdə indidən təcili addımlar atmağa çağırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…