21 baxış
Bu yazını paylaşın
Dünya

Radanın deputatı: Ukrayna taxılı üç liman vasitəsilə ixrac ediləcək.

21 İyul 2022

“Ötən həftə İstanbulda şərti olaraq razılaşdırılmış Ukrayna taxılının ixracı planına əsasən, ixrac Ukraynanın üç limanı vasitəsilə həyata keçiriləcək və BMT-nin himayəsi altında olan qrup tərəfindən idarə olunacaq”.

TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radanın deputatı Rüstəm Umerov məlumat verib.

“İxrac üç limandan keçəcək: Odessa, Yujnı və Çernomorsk, lakin ümid edirik ki, gələcəkdə onları genişləndirə biləcəyik. Hərbi Dəniz Qüvvələrinin və silahlı qüvvələrin bütün tövsiyələrinə əməl edilməlidir”, – o deyib.

Deputat qeyd edib ki, bütün mülki gəmilər razılaşdırılmış təhlükəsiz marşrutlar üzrə Ukrayna limanlarına daxil ola biləcək: “Biz hamıya taxıl satacağıq. Və bu tövsiyələrə sərbəst əməl edə bilən bütün gəmilər bizə yaxınlaşa bilər”.

R.Umerov BMT-nin İstanbulda nəzdində fəaliyyət göstərən monitorinq qrupunun təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edəcəyini, Rusiyanın bu prosesə təsir etməyəcəyini vurğulayıb.

Xatırladaq ki, iyulun 18-də keçirilən İstanbul görüşü nəticəsində limanlarda birgə nəzarətin və taxıl daşıyan gəmilərin marşrutlarında təhlükəsizliyin təmin edilməsinə dair yekun yazılı sənədin hazırlanmasına dair razılıq əldə olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…