32 baxış
Bu yazını paylaşın
Siyasi

Rabatda 20 Yanvar şəhidləri yad edilib

21 Yanvar 2022

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə səfirlikdə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov çıxış edərək, 20 Yanvarın ümumxalq matəm günü olması ilə yanaşı, həm də yaxın tariximizin ən şanlı səhifələrindən biri hesab edildiyini bildiriib. Səfir məhz həmin gündə müstəqilliyini bərpa etmək istəyən xalqımızın bu əzmkarlığını boğmaq məqsədilə yeridilmiş sovet qoşunlarının törətdiyi qanlı cinayətin qurbanı olmuş günahsız şəhidlərin xatirəsini yad etmək məqsədilə Azərbaycanın hər yerində anım mərasimlərinin keçirildiyini bildirib. Lakin törədilmiş bu cinayətin Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etmək iradəsini və əzmini qıra bilmədiyini, əksinə daha da gücləndirdiyini və 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsinə təkan verdiyini vurğulayıb.

Azərbaycanlı diplomat xalqımızın 20 Yanvar faciəsindən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək bəyanatla çıxış etdiyini, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi vəhşi və cinayətkar əməlləri qətiyyətlə pislədiyini, bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını tələb etdiyini, sovet rəhbərliyinə etiraz əlaməti olaraq kommunist partiyasını tərk etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O.Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün çox ağır bir dövrdə respublikaya qayıtdığını və Azərbaycan xalqının çağırışına cavab verərək hakimiyyətə rəhbərliyi öz üzərinə götürdüyünü, öz uzaqgörən siyasəti ilə xalqımızı və dövlətçiliyimizi bir çox ağır bəlalardan xilas etdiyini, müstəqil və firavan, demokratik dövlət qurduğunu bildirib.

Səfir Prezident İlham Əliyevin quruculuq prosesini davam etdirdiyini, ölkəmizin əldə etdiyi nailiyyətlərin fonunda 30 ildən sonra 44 günlük müharibə nəticəsində, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini azad etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri M.Fəqiri 20 Yanvarın Azərbaycan xalqı üçün əlamətdar tarixi gün olduğunu vurğulayaraq, bu tarixin Azərbaycanın öz müstəqilliyini bərpa etməsi prosesinin sürətlənməsinə təkan verdiyini qeyd edib.

Daha sonra vaxtilə Bakıda təhsil almış və 20 Yanvar faciəsinin canlı şahidiolan Məhəmməd Riçu faciə ilə bağlı acı xatirələrini bölüşüb.

Tədbirdə Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ilə yanaşı tanınmış jurnalist-yazıçı Əhməd Mutçu, şairələr Fatimə Əl-Abdi, Fatimətuzzəhra Marruni, yerli KİV nümayəndələri və Azərbaycanda təhsil almış tələbələr iştirak ediblər.

Sonda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb.

Tədbirlə bağlı yerli KİV-də məlumatlar dərc olunub.

https://azertag.az/xeber/Rabatda_20_Yanvar_sehidleri_yad_edilib-1981504

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…