25 baxış
Bu yazını paylaşın
Dünya

Quttereş: “Taxıl Dəhlizi sazişi təşəbbüsünün davam etdirilməsi üçün fəaliyyətlərimizi davam etdiririk”

12 İyun 2023

“Qara Dəniz Taxıl Dəhlizi sazişi təşəbbüsünün davam etdirilməsi üçün fəaliyyətlərimizi davam etdiririk”.

Telejurnal xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quttereş təşkilatın Nyu-Yorkdakı qərargahında jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, o, Rusiyanın təşəbbüsdən geri çəkilmə ehtimalından narahatdır: “Bəli, mən bundan narahatam, lakin biz təşəbbüsü davam etdirmək və Rusiyanın anlaşmanın şərtlərinə uyğun şəkildə iş birliyini davam etdirməsini asanlaşdırmaq üçün çox çalışırıq”.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan Taxıl Dəhlizi sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Qeyd edək ki, Rusiya Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı sazişi növbəti dəfə iki aylıq müddətdə uzadıb. Tərəflər arasında narazılıq davam edir və iyul ayında yekunlaşacaq müqavilənin uzadılması ilə bağlı narazılıqlar var. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin iyulun 18-də başa çatacaq müqavilənin uzadılmasına ehtiyac görmədiklərini bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…