121 baxış
Bu yazını paylaşın
Siyasi

Quru Qoşunların Komandanı hərbi hissələri ziyarət edib

31 Dekabr 2021

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev bayramlar münasibətilə komandanlığın tabeliyindəki hərbi hissələrdə olub.
“TELEJURNAL” xəbər verir ki, Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir müavini şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə maraqlanıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.
General-leytenant Ə.Əfəndiyev xüsusilə bayram günlərində ayıq-sayıqlığın artırılması, döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonda hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və hərbi xidmətdə fərqlənənlər təltif olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…