17 baxış
Bu yazını paylaşın
İctimai

Qurban Yetirmişli: “Növbəti zəlzələnin baş verəcəyi barədə deyilənlər şayiələrdir”

04 İyul 2023

“Zəlzələ yenidən baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar”.

Bunları  açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

“Bunların hamısı absurddur. Kiçik təkanlar var və olmalıdır, yəni avterşoklar, enerji boşalamaları gedir. Güclü təkanlar olub və cihazlar bunları qeydə alıb. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox – 65 kilometr dərinlikdədir. Bunun heç bir qorxusu yoxdur”, – Q.Yetirmişli qeyd edib.

“İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxribata, yazılan şayiələrə inanmasınlar. Gedib evlərində rahat yatsınlar. Qorxulu heçnə yoxdur”, – Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…