343 baxış
Bu yazını paylaşın
İctimai

Qurban Qurbanov: Şəhid xəbərini eşitmək mənə çox pis təsir etdi

04 Avqust 2022

Şəhid xəbərini eşitmək bizim üçün xoş deyil. Allah şəhidimizə rəhmət etsin. Oyundan əvvəl isinmə hərəkətləri etməyə çıxanda antiterror əməliyyatı barədə eşitdik. Bəzi vəziyyətləri düzgün ifadə etməliyik. Belə hallar hər zaman bizi üzür. Mənə bu hadisə çox pis təsir etdi. Çünki əvvəllər çox şəhidlərimiz olub.

TELEJURNAL xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Ferentsvaroş” komandasını qəbul edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov bildirib ki, həmin insanlar ailələrini, yaxınlarını qoyub Vətəni qorumaq və bizim üçün canlarından keçiblər. Hər birimizə bu şəhid xəbəri təsir etdi. Ola bilsin ki, hansısa futbolçu oyundan əvvəl bunu eşitmədi. Amma oyundan sonra onların arasında söhbət oldu.

“Yerli futbolçularla yanaşı, legioner oyunçular da belə hadisələrə biganə qalmırlar. Legionerlər komandanı o qədər çox sevir ki, onlar da belə hadisələrə reaksiya verirlər. İnanıram ki, onlara da təsir edəcək. Çox istərdim ki, şəhidlərimiz olmasın. Allah onların ailələrinə səbir versin”, – deyə baş məşqçi əlavə edib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdikləri terror-təxribat əməllərinə cavab olaraq Azərbaycan Ordusu ötən gün “Qisas” əməliyyat keçirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…