24 baxış
Bu yazını paylaşın
İctimai

Qurban Qurbanov: “Rəqib futbolçu penalti olduğunu söylədi”

09 Sentyabr 2022

“Yaxşı mübarizə aparmaq istəyirdik. Rəqibdən çəkinmirdik. İlk 10-15 dəqiqə futbolçularda həyəcan yarandı. Daha sonra düzgün müdaxilələr etdik”.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Frayburq”a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis buraxılan ikinci qoldan sonra futbolçuların toparlandığını bildirib: “Qarşıdakı matçlara hazırlaşacağıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Rəqib komandanı və baş məşqçini təbrik edirəm”.

Baş məşqçi mübahisəli penalti epizodu ilə bağlı danışıb: “Nəsə desək, faydası olmayacaq. İkinci dəqiqədə elə penaltinin verilməsi bizim üçün xoş hal deyil. Amma görüşün sonundakı epizoda baxmamışam. Rəqibin müdafiəçisi qarşılaşmanın sonunda bizim futbolçulara təmiz penalti olduğunu söyləyib. Bəzən kiçik epizodlar bizim kimi komandalara təsir edir. Deyiləcək bir söz yoxdur. İnanırıq ki, qarşıdakı görüşlərdə daha diqqətli olarlar. Bu, bizi ruhdan salmayacaq. Belə oyunlarda futbolçuların təcrübəsi artır. Bəzən 3-4 qolu qapımızda görə bilərik. Amma rəqiblərdən çəkinməyəcəyik. Hakimin qərarına isə müdaxilə edə və onu dəyişə bilmərik”.

Qurbanov “Frayburq”un baş məşqçisi Kristian Ştrayxla dialoqundan söz açıb: “Rəqib baş məşqçi dedi ki, Bakıya gəlmək onun üçün maraqlı olacaq. Bizimlə qarşılaşdıqları üçün şad olduqlarını vurğuladı. Görüşdən əvvəl bildirdi ki, yaxşı komandaya maliksiniz. Mən də eyni fikirləri ona söylədim”.

Mütəxəssis oyunda iştirak etməyən Filip Ozobiçin durumunun yaxşı olduğunu deyib: “Bu, mənim şəxsi qərarım idi. Bu gün istədiyim futbolçuları meydana buraxdım”.

Baş məşqçi “Frayburq”la “Qarabağ”ın gücünün bərabər olmadığını söyləyib: “Səhv etməməyə və oyunumuzu itirməməyə çalışırıq. Mən də istəyirəm ki, gələcəkdə klublarımızın imkanları 10 dəfə artıq olsun. Heyətimizi bu cür rəqiblə müqayisə etmək düzgün deyib. Ümumi götürsək, bu gün futbolçuların sərgilədiyi oyundan razı qaldım”.

Qurbanov statistikanın futbolda mühim element olduğunu deyib: “Bu, futbolçunu daha inamlı və cəsarətli edir. Bu gün Bundesliqa liderini statistikada üstələyirik. Bunu gözləyirdikmi? Buna yox deməyəcəyəm. İstək və işgüzarlıq olanda hər şey mümkündür. Rəqibi daha üstün sayırdım və qiymətləndirirdim. Amma yenə deyirəm ki, güclü komanda olsa belə, qarşılaşmalara inamla çıxırıq. Bu gün daha istəkli idik deyə statistikada rəqibi üstələməyi bacardıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…