262 baxış
Bu yazını paylaşın
İctimai

Qurban Qurbanov: “Məqsəd Çempionlar Liqasının qrupuna düşməkdir”

23 Avqust 2022

“Hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir. Bu gün belə şansımız var. Rəqib də eyni fikirdədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Rəqib də istəklidir. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq”.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Bakıdakı matçda yaxşı qol şanslarının olduğunu bildirib: “Viktoriya” da standart vəziyyətlər təhlükəli oldu. Xırda detallar üzərində danışmışıq. Epizodları futbolçularıma göstərmişəm. Sabah daha dəqiq oynamaq və rəqibin hücumlarının qarşısını almaq üçün diqqətli olmalıyıq”.

O, Maksim Medvedevlə Kevin Medinadan başqa, bütün oyunçuların sağlam olduğunu söyləyib: “Hamı oyuna hazırlaşır. Sadəcə, 2 mərkəz müdafiəçisi olmayacaq. Digərləri ilə bağlı problem yoxdur”.

Qurbanov “Viktoriya”nın baş məşqçisi Mixal Bilekin cavab matçında da müdafiə futbolu oynayacaqları ilə bağlı fikirlərinə də toxunub: “Hər şeyə hazır olmalıyıq. Bu komandanın çox yaxşı hücum potensialı var. Müdafiədə mütləq diqqətli olacaqlar. Amma hücumda da güclüdürlər. Düşünsək ki, ancaq qapanacaqlar, yanlış olar. Rəqib həm pressinq etməyi, həm də topla oynamağı bacarır. Müdafiədən oynamağı düşünmürük. Rəqib bizi buna məcbur edərsə, yalnız o zaman müdafiəyə çəkilərik. Amma öz oyunumuzu göstərməyə çalışacağıq. Özünün də dediyi kimi, rəqib baş məşqçi hələlik heyətlə bağlı qərar verməyib. Əlində 2 heyət olduğunu söyləyib. Ona görə də oyunu gözləməliyik”.

Təcrübəli mütəxəssis həm aeroportda, həm də oteldə bir qrup çexiyalı azarkeşin komandanı xoş qarşıladığını vurğulayıb: “Futbolçularımın, mənim avtoqrafımı istədilər. Əllərində mənim, hətta köməkçilərim – Zaur Tağızadə, Elçin Rəhmanov və Elxan Həsənovun futbol oynadığımız vaxtlardakı şəkillərini gördüm. Mənim üçün çox xoş oldu. Sayları az olsa da, bizə çox böyük dəyər verdilər. Hər birinə təşəkkür edirəm”.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…